az
|
ru
|
en

BƏDƏN

Məlumat Şəkillər

Abdominoplastika

Abdominoplastika və ya qarin gərmə əməliyyatı, qarın divarındakı artıq yağ və dərinin çıxarılaraq və qarın divarındakı genişlənmiş əzələlərin forma verilərək, qarın divarının yenidən gəncləşdrilməsi və şəkil verilməsidir.

Bu əməliyatla qarnın boşalmış, artıq piy qatı və şişkin forma ləğv olunaraq, yenidən düz və incə görünümünü qazanması təmin etməkdə və həmçinin xəstənin belini incəltməkdədir.

Abdominoplastika üçün göstərişlər:

  • Qarındakı həddindən artıq dəri;
  • Dəri qatları , "önlük";
  • Doğuşdan sonrakı  dəri çatlakları (doğuşdan və laktasiya dövründən sonra ən azı 6 ay keçməlidir)
  • Əməliyyatdan sonrakı yaralar;
  • Qarındakı bədən yağının çox olması
  • Diastaz - rektus abdominin əzələlərinin ayrılması