az
|
ru
|
en

KOSMETOLOGİYA

Regenerativ tibb - Kök hüceyrə tətbiqi

Regenerativ tibb -  Kök  hüceyrə tətbiqi

Bədən şəkilləndirilməsi və dərinin estetik görünüşünü, gəncliyini qorumaq, bərpa etmək üçün regenerativ tibbdə kök hüceyrə tətbiginin rolu danılmazdır . Tətbiq edilən fraksiyalardakı kök hüceyrələrin sağlamlığı miqdarı regenerasiyada maksimal və təhlükəsiz iştirak etmə qabiliyyətini keyfiyyətli təmin etmə üçün laboratoriyamızda ABŞ – nın FDA izinli laborator qurğuları xidmətinizdədir. Tələblərə uyğun olaraq lazım olan kök hüceyrə fraksiyaları bədəninizin dərialtı piy, qulaq arxası dəri tikəsi (mikrodermal graft) və qan fraksiyalarından hazırlanaraq ağrısız, steril şəraitdə ixtisaslı həkimlər tərəfindən tətbiq edilir.

Mezenximal kök hüceyrə terapiyası

Piy toxuması mezenximal kök hüceyrəsindən təşkil olunmuşdur. Kök hüceyrələr piy toxumasından ayrılır və dərialtına yeridildikdən sonra fibroblastlara çevrilərək kollagen sintezinə təkan verir. Bu metod həm gəncləşmə, həm də müalicə məqsədi ilə istifadə olunur. Hər iki üsulun köməyi ilə ayrılmış kök hüceyrə terapiyası onkolojı mutasiya yaratmır və FDA tərəfindən istifadəsinə icazə verilmişdir.