Kruroplastika
Baldır əyrilikləri tibbi baxımdan aşağıdakı qruplara bölünür:
1. Həqiqi əyrilik ( “O” və “X” vari olur) sümük strukturlarının deformasiyasına bağlıdır!
2. Yalançı əyrilik - yumşaq toxuma, daha çox dərialtı piy toxumadı və əzələ sisteminin həcm yetərsizliyinə bağlıdır!
3. Müştərək əyrilik - hər iki əyrilik forması birlikdə müşahidə olunur.
Həqiqi əyrilik; Sümük strukturlarının korreksiyasına xidmət edən müxtəlif travmatoloji əməliyyatlarla korreksiya edilir.
Yalançı əyrilik; Kruroplastika əməliyyatı ilə tam ideal formaya gətirilə bilər.
Müştərək əyriliklər; Korreksiyası kombinə olunmuş əməliyyatlarla ideal hala gətirilə bilər.
Son zamanlar hər üç halda edilən baza əməliyyatlarla yanaşı lipofilinq və müxtəlif dolğulardan da istifadə edilir.Lakin pasientlər uzun müddət tələb edən sümük korreksiyası əməliyyatlarından imtina etdiklərində yol kruroplastika əməliyyatına qalır. Təqdim etdiyimiz xəstədə “Müştərək əyrilik” kruroplastika ilə düzləndirilmişdir. Əməliyyat 2 mərhələdən ibarətdir. Növbəti mərhələdə lipofiling əməliyyatı icra olunacaq
Əməliyyatdan 17 gün sonra.